“Qarabağ”ın prezidenti Qurban Qurbanov və Rəşad Sadıqovla görüşdü

"Qarabağ" Futbol Klubun prezidenti Abdulbari Gözel komandanın bazasını ziyarət edib. Klubun rəsmi saytı Gözelin ziyarətinin təsadüfi olmadığını bildirib. O, klubun idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya gedib. Prezidenti orada "Qarabağ" FK-nın direktoru Emrah Çelikel qarşılayıb. Klub prezidenti baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla görüşüb. O, Qurban Qurbanovu bir daha Avro Liqadakı uğurlu çıxışı münasibətiylə təbrik edib. Daha sonra Abdulbari Gözel hazırda inşası davam edən stadiona gedib. Tikinti işlərinin gedişatıyla yaxından tanış olub. Stadion inaşaatı haqqında ətraflı bilgilər alan klub prezindeti işlərinin sürətləndirilməsi yönündə təlimatlarını verib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31