“Simurq” qış fasiləsində Türkiyədə toplaşacaq

George Çixradze: “Vəzifənin öhdəsindən gəldik”

Topaz Premyer Liqasının 18-ci turunda "Simurq" "Bakı"nı məğlub etdi. Qələbə sayəsində "Simurq" fasiləyə 4-cü pillədə getdi. Oyundan sonra Zaqatala təmsilçisinin gürcü baş məşqçisi George Çixradze təəssüratlarını PFL-in rəsmi saytına bildirib. "Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Deyim ki, oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Oyun dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik. Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik" - deyə Çixradze qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31