Azərbaycan klubları qış fasiləsinə getdilər

Dekabrın 22-də Topaz Premyer Liqasında 18-ci tura və 2-ci dövriyyəyə yekun vurulub. Turun son oyunu "Simurq" və "Bakı" arasında Zaqatala şəhər stadionunda baş tutub. Bakılılar qarşılaşmadan 5:2 hesabağı ilə məğlub ayrılıblar. Bununla paytaxt təmsilçisi qış fasiləsinə 10 xallıq göstəricilə sonuncu pillədə gedib. Qeyd edək ki, turnir cədvəlinə 34 xalla "Qarabağ" liderlik edir.

 "Simurq" - "Bakı" 5:2

Qollar: N.Novruzov, 13 (0:1). R.Eyyubov, 16 (1:1). D.Çeran, 33-pen. (2:1). R.Eyyubov, 42 (3:1). İ.Vaytsman, 45 (4:1). S.Zərgərov, 47 (5:1). N.Novruzov, 70-pen (5:2).
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31