U-19-un heyətində dəyişiklik edilib

Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. "Olaylar"-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Benhur Kamanın əvəzinə (Hannover 96 - Almaniya) toplanışa "Neftçi" klubundan Emil Həsənzadə dəvət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31