Azərbaycanlı idmançı çempion oldu
22 Dekabr 2014 13:07 İdmanDekabrın 19-da karate üzrə 8-10 yaşlı idmançılar arasında İsrail çempionatı başa çatıb və Dərya Bayramova qızıl medal qazanıb. Dərya Bayramova 2006-cı ildə anadan olub. Gənc olmasına və idmanın bu növü ilə iki il bundan əvvəl məşğul olmağa başlamasına baxmayaraq, idman karyerası ərzində o artıq bürünc və gümüş medallar qazanıb. Dünən isə Dəryanın mükafatları sırasına qızıl medal da əlavə olunub. "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) Bayramovlar ailəsini bu qələbə münasibətilə ürəkdən təbrik edir.
Qeyd edək ki, gənc çempionun babası Vahid Bayramov "Azİz" Assosiasiyasının Azərbaycandakı nümayəndəsidir . ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31