Azərbaycan çempionatı: "Simurq", yoxsa "Bakı"?
22 Dekabr 2014 10:10 İdmanBu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına yekun vurulacaq.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, II dövrənin son matç günündə "Simurq" doğma publika önündə "Bakı"nı qəbul edəcək.Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınan qarşılaşma bu gün baş tuacaq. 2014-cü ilin son oyununda Zaqatala klubu qalib gəlsə, mövsümü 4-cü pillədə başa vuracaq. "Zolaqlılar" isə mövqelərini bir qədər də yaxşılaşdıra bilərlər.Qeyd edək ki, "Neftçi"nin istirahət etdiyi tur "Qəbələ" "İnter"lə, "Xəzər Lənkəran" AZAL-la heç-heçəyə razılaşıb - 1:1. "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edərək, mövsümü "qış çempionu" kimi yekunlaşdırıb.
Topaz Premyer Liqası
XVIII tur
22 dekabr
12:00. "Simurq" - "Bakı"
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
I dövrədəki oyun: 0:1
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
16
10
4
2
29-17
34
2
İnter
16
7
8
1
26-7
29
3
Neftçi
15
7
5
3
19-12
26
4
Xəzər Lənkəran
16
5
5
6
22-20
20
5
Qəbələ
16
4
7
5
19-24
19
6
Simurq
15
5
3
7
20-20
18
7
AZAL
15
4
5
6
18-25
17
8
Sumqayıt
16
4
3
9
19-27
15
9
Bakı
15
2
4
9
11-31
10
Bombardir: Mikel Alvaro ("İnter") - 8