"Messi bütün vaxtların ən güclü futbolçusudur"

David Silva Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq "Mançester Siti" - "Barselona" qarşılaşmasına 2 ay qalmış düşündüyü "əfsanələr komandası"nda katalonların bir neçə oyunçusuna yer verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Silva özlüyündə qurduğu ən güclü heyətə karyerasını bitimiş Puyolu da daxil edib. "Messi bütün vaxtların ən güclü futbolçusudur. Düzdür, onun bəzi keçmiş oyunlarını izləyə bilməmişəm. Amma argentinalı gördüyüm ən yaxşı hücumçudur. Qapıda İker Kasilyas əvəzolunmazdır. Mərkəz müdafiəsində Serxio Ramosla yanaşı, Puyolu düşünürəm. Karles cəsur futbolçu idi. Onunla bir sıra uğurlar qazanmışıq. Heyətə həmçinin Kafu, Roberto Karlos, Makalele, Viera, Fiqo və Laudrupu da əlavə edərdim".

Qeyd edək ki, "Siti" və "Barselona" arasındakı ilk görüş fevralın 24-ü "Etihad"da, cavab qarşılaşması isə martın 18-i "Camp Nou"da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31