Qəbələdə Roman Qriqorçukun təqdimatı keçiriləcək

Peşəkar Futbol Liqası və Topazın təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılıb. PFL-in rəsmi saytının verdiyi məlumata görə, Premyer Liqanın XVIII turunda reallaşacaq "Qəbələ" - "İnter" (21.12.2014, saat 15:00) oyununa jurnalistlərin səfəri təşkil olunacaq. Oyundan sonra "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçukun təqdimat mərasimi keçiriləcək. Qəbələ şəhərinə yollanacaq jurnalistlər bununla bağlı [email protected] ünvanına müraciət edə bilərlər. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün saat  8:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək. Qeydiyyat müddəti 20 dekabr saat 16:00-da başa çatacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31