“Qarabağ”ın vitse-prezidenti UEFA-da
19 Dekabr 2014 15:42 İdman"Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl dekabrın 19-da UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşəcək. İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. "Olaylar"-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşün məqsədi, UEFA rəsmiləri ilə birlikdə oyuna baxmaq və müzakirə etməkdir. Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ"ımız UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31