Qurban Qurbanov: “Nəhayət ki, qələbə qazandıq”
19 Dekabr 2014 14:06 İdmanTopaz Premyer Liqasının 17-ci turunun maraqlı görüşlərindən biri Lənkəranda baş tutdu. Bu oyunda "Qarabağ" "Xəzər Lənkəran"ı 3-2 hesabı ilə məğlub etdi. "Qarabağ"-ın baş məşqçisi oyun barədə təəssüratlarını PFL-in rəsmi saytına danışıb: "Fanatlar üçün çox maraqlı oyun alındı. Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31