Topaz Premyer Liqası: 2014-cü ilin son oyunları rəqəmlərin gözü ilə
19 Dekabr 2014 13:19 İdmanDekabrın 21-də Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Həm II dövrəyə, həm də mövsümün ilk yarısına yekun vuracaq qarşılaşmalar 2014-cü ilin son oyunları olacaq. Turun qarşılaşmaları eyni gündə baş tutacaq. PFL-in rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edib.
"Xəzər Lənkəran" - AZAL - 25 oyun, +13=8-4, top fərqi 33:18
Ardıcıl 4 qarşılaşmada qalibi müəyyənləşdirə bilməyən komandalar 26-cı dəfə üz-üzə gələcək. Rəqiblər arasındakı son 5 matçda hər iki komanda qol sevinci yaşayıb. AZAL 8 matçdır meydanı qolsuz tərk etmir. "Xəzər Lənkəran" son 4 ev oyununda qalib gəlməyib və ardıcıl 5 dəfə 1 qol vurub.
"Simurq" - "Bakı" - 21 oyun, +3=7-11, top fərqi 14:25
"Simurq" son 7 oyunda "Bakı"dan xal almayıb. Paytaxt təmsilçisi isə 11 oyundur uduzmur.
"Qəbələ" - "İnter" - 25 oyun, +5=7-13, top fərqi 19:38
"İnter" son 3 oyunda rəqibinə uduzmayıb. "Qəbələ"nin meydanındakı son 3 görüşdə isə hər iki komanda qol sevinci yaşayıb. Əyalət təmsilçisi evdəki son 5 qarşılaşmada qol vurub.
"Qarabağ" - "Sumqayıt" - 9 oyun, +5=1-3, top fərqi 21:5
İlk turda legioner limitinin pozulması üzündən texniki məğlubiyyət alan "Qarabağ" son iki görüşdə xal qazanmayıb. Lakin Ağdam klubu son 3 ev matçında böyükhesablı qələbə əldə edib. Ümumiyyətlə, "Qarabağ" "Sumqayıt"la matçlarda ya böyükhesablı qələbə qazanır, ya da xal itirir. Çünki onların bütün qələbələri 3 və daha çox top fərqilə qeydə alınıb.