Azərbaycanlı idmançı Almaniyada qalib oldu

Gəncəli peşəkar boksçu Şahlar Nağıyev növbəti döyüşünü keçirib. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, GBA İnterkontinental dünya kəməri uğrunda reytinq görüşü Almaniyada baş tutub. Təmsilçimizin rəqibi yerli boksçu Marsel Seyidel olub. 66 kq çəki dərəcəsində vuruşan Nağıyev 6 raunddan ibarət döyüşün ilk raundunda rəqibi nakauta salıb. Bu, dəri-əlcək ustasının peşəkar rinqdə 11-ci qələbəsi olub. Şahlar karyerasınıda 12-ci döyüşünü gələn ilin martında keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31