"Real"dan daha bir rekord
18 Dekabr 2014 18:50 İdmanMərakeşdə keçirilən klublararası dünya çempionatının "Krus Asul"la yarımfinal oyunu Madrid "Real"ı üçün əlamətdar olub. Qol.az xəbər verir ki, rəqibinə 4 cavabsız qolla qalib gələn "kral klubu" bu il vurduğu qolların sayını 176-ya yüksəldib. Bununla da, "Real" əzəli rəqibi "Barselona"nın 2012-ci ildəki rekordunu yeniləyib. Kataloniya təmsilçisi iki il öncə 175 dəfə rəqib qapılarına yol tapmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31