Oğrular dünya çempionunu xəstəxanalıq etdilər
18 Dekabr 2014 18:40 İdmanDünya çempionu qonşusunun evinə girən oğrularla bacara bilməyib. Anspress-in məlumatına görə, boks üzrə yüngül çəki dərəcəsində dünya çempionu olan ingilis Antoni Krolla qonşusunun evinə oğurluq üçün girən şəxsləri tutmağa çalışıb. Bu zaman oğrular onun başına beton parçasıyla vuraraq idmançını yaralayıblar. Başından zədələnən boksçunun ayaq sümüyü də qırılıb. Hadisədən dərhal sonra xəstəxanaya aparılan idmançı hələ də həkim nəzarətində saxlanılır. Krollanın vəziyyəti qənaətbəxş olsa da boks karyerasının təhlükədə olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31