Məşhur futbolçuya yarım milyonluq cəza
18 Dekabr 2014 18:30 İdman"Borussia Dortmund"un ulduz futbolçusu Marko Roysa yarım milyonluq cəza kəsilib. Anspress xəbər verir ki, futbolçu sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyinə görə ona 540 min avro dəyərində pul cəzası verilib. Daha əvvəl də sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmiş futbolçu haqqında prokurorluq tərəfindən istintaq başladılıb. Məlum olub ki, Roys 2011-ci ildən bu yana 6 dəfə vəsiqəsi olmadan avtomobil idarə edib. Futbolçunun aylıq qazancının 180 min avro olduğu nəzərə alınaraq ona 90 günlük qazancı qədər cəza kəsilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31