Topaz və PFL jurnalisti mükafatlandırdı

Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlərə bölgədəki oyunları işıqlandırmaq  imkanı yaradılır. Həmin oyunun nəticəsini düzgün tapan idman jurnalisti isə 1000 manat dəyərində mükafata sahib çıxır. PFL-in rəsmi saytının məlumatına görə, "Simurq" - "Qarabağ" (2-3) oyunun nəticəsini düzgün proqnozlaşdıran Məcid Həsənli (sportnet.az) ilk qalib olub. Qalib mükafatlandırılıb. Jurnalistə mükafatı Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təqdim edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31