Çin prezidentindən futbolla bağlı yeni qərar

Çin məktəblərində futbol məcburi olacaq.apasport.az xəbər verir ki, bu yeniliyin təşəbbüskarı ölkə prezidenti Si Tzinpindir.O bildirib ki, uşaqlıqdan futbolla maraqlanmaq lazımdır. Si Tzinpin ümid edir ki. Çin dünya çempionatına ev sahibliyi edib, kuboka sahib ola bilər.2017-ci ilə qədər təxminən 20 min Çin məktəbi, yeni sahələr və infrastrukturlar yaradılacaq. Məqsəd isə 100 min yeni futbolçu meydana çıxartmaqdır. 2016-cı ildə universitetə daxil olan tələbə öz istəyi ilə futboldan imtahan verəcək.Qeyd edək ki, Çin milli komandası FİFA reytinqində 88-ci yerdə qərarlaşır. Asiya təmsilçisi yalnız bir dəfə dünya çempionatında mübarizə aparıb. 2002-ci ildə Yaponiya və Koreyada keçirilən mundialda çinlilər qrupu həm xalsız, həm də qolsuz başa vurmuşdular

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31