Azərbaycan gimnastları Moskvada 6 medal qazanıblar
17 Dekabr 2014 18:50 İdmanBu gün Moskvada idman gimnastikası üzrə ənənəvi 21-ci "Mixail Voronin" Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanı təmsil edən yığma komandamızın üzvləri Anna Pavlova və Yuliya İnşına ümumi çətinlik üzrə 6 medal əldə ediblər. A.Pavlova öz çıxışlarının nəticəsinə əsasən 51.70 xal toplayaraq çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. O, həmçinin sərbəst hərəkətlərdə, dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda bürünc medal qazanıb. Gimnastika tirində hərəkətlərdə isə hər iki gimnast fəxri kürsüyə yüksəlib. Belə ki, bu alətlə çıxışa görə A.Pavlova 2-ci, Y.İnşına isə 3-cü yerdə qərarlaşıb. "Voronin" Kuboku gimnastlarımız üçün ilin sonuncu yarışı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31