İbrahim Uzunca: “”Bakı” bu məğlubiyyəti də unutmalıdır”

Topaz Premyer Liqasının XVII turunda "Bakı" AZAL-a 1-3 hesabı ilə məğlub olub. Türk məşqçi oyun barədə təəssüratını PFL-in rəsmi saytına danışıb: "Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı. Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. "Simurq"la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik".  Qeyd edək ki, turnir cədvəlinin son pilləsində 10 xalla "Bakı" qərarlaşıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31