Prosineçki Azərbaycan millisinə yeni futbolçular axtarır

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Robert Prosineçki  dekabrın 17-də Sumqayıt  şəhərində, "Kapital arena" stadionunda  keçiriləcək  16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə "Sumqayıt" klubun U-17 komandası arasında   yoldaşlıq oyununu izləyəcək. "Olaylar"-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvat məşqçi eyni zamanda Topaz Premyer Liqasının XVII turu çərçivəsində, "Bakı" FK-nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq  "Bakı" - AZAL qarşılaşmasını da canlı  izləyəcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31