"Yığmanın baş məşqçisi olmaq istərdim"

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov 21 yaşadək futbolçulardan ibarət millinin sükanı arxasında çalışmaq istədiyini açıqlayıb. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib: "Adımın U-21-in baş məşqçisi postuna və ya Məşqçilər Komitəsinin üzvlüyünə namizədlər siyahısında olduğunu bilmirəm. Amma şadam ki, gənclər yığmamızın yeni baş məşqçisi yerli mütəxəssis olacaq. İstənilən halda bizim ölkədə mentalitet böyük rol oynayır. Gənc futbolçulara yerli məşqçilərlə işləmək daha asan və maraqlı ola bilər. Özümə gəlincə, məşqçilik karyeramda hələ ciddi bir uğura nail olmamışam. Ona görə də gənclərdən ibarət yığmada qüvvəmi sınamaq istərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31