“Qəbələ” və “Bakı” cəzalandırıldı
16 Dekabr 2014 15:42 İdmanAFFA İntizam Komitəsi yeni qərarlarını açıqlayıb. "Olaylar"-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XVI turunun "Bakı" - "Xəzər Lənkəran" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Qəbələ" - "Qarabağ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib. Digər futbol və futzal klubları da Komitə tərəfindən cəzalandırılıblar. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31