AFFA-da hüquq meyarı üzə seminar keçirilib

Dekabrın 16-da AFFA-nın inzibati binasında lisenziyalaşdırma prosesi çərçivəsində Topaz Premyer Liqası və Birinci Divizion klubları üçün hüquq meyarı üzrə seminar keçirilib. "Olaylar"-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminarda 2015/2016-cı il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almaq istəyən klublara hüquq meyarları üzrə tələb olunan sənədlər barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31