Teodor Teodoridis Bakıda səfərdədir
16 Dekabr 2014 12:15 İdmanUEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib. "Olaylar"-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "İnter" oyunu müzakirə olunub. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31