Topaz Premyer Liqası: 17-ci tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Dövrənin son turunda istirahət edəcək "Neftçi" ilin son matçına 17-ci turda çıxacaq. Bakılılar turun mərkəzi oyunlarından birində "İnter"lə üz-üzə gələcək. "Xəzər Lənkəran"la "Qarabağ" arasındakı qarşılaşma da turun maraqlı qarşılaşmalarından olacaq. "Olaylar"-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansı belədir:

"Bakı" - AZAL - 23 oyun, +10=5-8, top fərqi 22:19

"Bakı" paytaxt derbisində daha çox qalib gəlib. Son 3 qarşılaşmada AZAL xal qazana bilməyib. Paytaxtın eyniadlı təmsilçisi isə 4 görüşdür meydanı qolsuz tərk etmir.

"Xəzər Lənkəran" - "Qarabağ" - 29 oyun, +12=4-13, top fərqi 34:31

Yubiley - 30-cu duel öncəsi Lənkəran təmsilçisi top, Ağdam klubu qələbə sayında öndədir. Cəmi 4 heç-heçə edən rəqiblər 11 matçdır bərabərliklə kifayətlənmir. Cənublular son 3 qarşılaşmada meydanı qolsuz tərk etmir.

"Sumqayıt" - "Qəbələ" - 9 oyun, +1=0-8, top fərqi 7:22

Ardıcıl 4 oyunda rəqibinə qalib gələn "Qəbələ" "Sumqayıt"la matçlarda böyük üstünlüyə malikdir. Bütün qarşılaşmalarda rəqib qapısına yol tapan şimallılar son 3 görüşdə 3 qol vurub.

"İnter" - "Neftçi" - 40 oyun, +8=13-19, top fərqi 36:60

"İnter" son 4 paytaxt derbisində məğlub olmayıb. Ümumi balansda üstünlüyə malik olan "Neftçi" rəqib meydanındakı son iki görüşdə xal qazanmayıb. 96 qolun vurulduğu derbi məhsuldar alınsa, yubiley - 100-cü qol qeydə alına bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31