Cüdo üzrə Respublika birincliyi keçirildi

İsmayıllıda Ulu Öndər Heydər Əliyevin anim gününə həsr olunan cüdo uzrə respublika birinciliyi keçirilib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, tunirin açılış mərasimində ulu öndərin idman və idmançılara göstərdiyi diqqət və qayğıdan danışılıb. Yarışda 8 rayondan 232 idmançı qələbə uğrunda mübarizə aparıb. Birincilik 1998-2000 və 2001-2003-cü il təvəllüdlü çüdoçular arasında keçirilib. Yarışın qaliblərinə diplom və medallar verilib. Yüksək yerləri tutan idmançılar Azərbaycan yığma komandasının heyətinə daxil ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31