PFL jurnalistlərə müraciət etdi

Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün bölgədəki oyunları işıqlandırmaq imkanı yaradılıb. PFL-in rəsmi saytının verdiyi məlumata görə, jurnalistlərin növbəti belə səfəri Lənkərana olacaq. Belə ki, bu dəfə jurnalistlər "Xəzər Lənkəran" - "Qarabağ" (18.12.2014) oyununa yollanmaq imkanı qazanıblar. Səfərə getməyi arzulayan jurnalistlərdən xahiş olunur ki, 17 dekabr saat 12:00-dək [email protected] ünvanına qeydiyyat üçün müraciət etsinlər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31