Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. 1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gəlib. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz idi.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.

Artıq 1/8 finalın bütün cütlükləri müəyyələşib:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)

"Bazel"(İsveçrə) - "Portu" (Portuqaliya)

***

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Qol.az-a xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gələcək. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüzdür.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.
 
Qrup qalibləri:
"Atletiko" (Madrid, İspaniya)
"Real" (Madrid, İspaniya)
"Monako" (Fransa)
"Borussiya" (Dortmund, Almaniya)
"Bavariya" (Almaniya)
"Barselona" (İspaniya)
"Çelsi" (İngiltərə)
"Portu" (Portuqaliya)

Qrup ikinciləri:
"Yuventus" (İtaliya)
"Bazel"(İsveçrə)
"Bayer" (Leverkuzen, Almaniya)
"Arsenal" (İngiltərə)
"Mançester Siti" (İngiltərə)
PSJ (Fransa)
"Şalke" (Almaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31