Bakı 2015 Avropa Oyunları üçün akkreditasiya başladı

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edir. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Bakı 2015 Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər. Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız, yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur. Müraciət üçün son tarixi 6 mart 2015-ci ildir və həmin tarixdən sonar ediləcək heç bir müraciət qəbul olunmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31