2015 İTTF-Europe TOP 16” Kubokunun Azərbaycan təmsilçiləri müəyyənləşdi

2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıq çərçivəsində 6-8 fevral tarixlərdə ilk dəfə olaraq ölkəmizdə  "2015 İTTF - Europe TOP 16"  Kuboku yarışları keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, mötəbər tədbirdə Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi mübarizə aparacaq. Bu günlərdə sözügedən yarışlarda Azərbaycanı təmsil edəcək idmançiların adları müəyyənləşib. Kişilərdən ibarət yığma komandanın təcrübəli oyunçusu,"Təhsil" RİM-in təmsilçisi Fərhad İsmayılov keçirilmiş yarışlarda ən yüksək nəticələr əldə etdiyinə və 2014-cü ilinreytinq cədvəlinə görə "2015 İTTF- Europe TOP 16" Kubokunda çıxış etmək üçün vəsiqə qazanıb. Qadınlardan ibarət yığma komandamızın aparıcı oyunçuları olan Bilurə Eminova, Məryəm İmanova və Rüfət Quliyevanın reytinq dərəcələri eyni olduğundan  bu üçlük arasında müəyyənedici görüşlər keçirilib. Gərgin mübarizədə yığma komandamızın üzvü,  "NN" klubunun təmsilçisi Məryəm İmanova yarışlarda iştirak etmək hüququ qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31