“Hakimin səhvi təxribat deyildi”
Elxan Şahinoğlu: “Qurban Qurbanov qolun sayılmamasına təəssüflənsə də soyuqqanlılığını da itirməmişdi”
12 Dekabr 2014 11:46 İdman"Əlbəttə "Qarabağ" klubunun qolunun sayılmaması ədalətsizlik idi. Bu məsələni UEFA-da qaldırmaq lazımdır". "Olaylar"-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu belə bir iddia ilə çıxış edib. "Ancaq bundan faciə də düzəltmək lazım deyil. Bütün idman növlərində belə yanlışlıqlar olur. Bir neçə oyunda bizim xeyrimizə də hakim yanlışlıqlarının şahidi olmuşam. Ona görə də bundan "təxribat", "Avropanın namərdliyi" və sairə kimi epitetlər düzəltməyi doğru saymıram. Əsas odur ki, klublarımızın ilbəil oyun keyfiyyəti artsın. Təəssüf ki, hələ də 90 diqəqə qaçmağa gücümüz çatmır, xarici klublarla oyunda real qol vəziyyətlərindən istifadənin sayı da azdır. Bu reallığı "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov da bilir. Ona görə də o qolun sayılmamasına təəssüflənsə də soyuqqanlığını da itirməmişdi" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)