"İnter"in Bakıdakı məşqi VIDEO
Neradzura Tofiq Bəhramov adına Respublika Stadionuna ilk addımlarını atıb
11 Dekabr 2014 13:21 İdmanİtaliyanın "İnter" klubu dünən gecə Bakıdakı ilk məşqini keçirib. Anspress-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq neradzura Tofiq Bəhramov adına Respublika Stadionuna ilk addımlarını atıb. Roberto Mançinin tələbələri baş məşqçinin texniki-taktiki tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, "Qarabağ" - "İnter" (İtaliya) oyunu dekabrın 11-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Artıq oyuna 25 mindən çox bilet satılıb. Oyunu ümumilikdə 30 mindən çox azerkeşin izləyəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31