Qarabağ”ın oyununda xüsusi təhlükəsizlik tədbirləri

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ" - "İnter" oyununda xüsusi təhlükəsizlik tədbirləri görüləcək. Qol.Az-ın Sportpress.az-a istinadən yaydığı xəbərə görə, matçdan öncə stadionun bütün sektorlarının qapıları tam açıq olacaq. Bu addım "Dnepr"lə oyunda baş verən bədbəxt hadisənin təkrarlanmaması üçün atılacaq. Eləcə də hər oturacağın altında "Qarabağ"ın bayrağı yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31