"Qarabağ"ın məşqi ləğv olundu
10 Dekabr 2014 20:10 İdmanAvropa Liqasının qrup mərhələsinin son turunda sabah "İnter"i qəbul edəcək "Qarabağ" klubunun bu gün saat 18:30-a nəzərdə tutulan məşqi ləğv olunub. Qol.Az-ın məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib. Q.Qurbanov buna stadionun ot örtüyünün yüklənməsinin səbəb olduğunu bildirib. Məşqin keçirilməyəcəyinə baxmayaraq, futbolçular stadiona gələrək meydanın vəziyyəti ilə tanış olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31