Mançini və Qurbanovun mətbuat konfransı
10 Dekabr 2014 14:56 İdmanAvroLiqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Dekabrın 10-da 18:00-da "Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq. Klubun oyunöncəsi məşqi isə 18:30-da başlayacaq. "İnter"-in baş məşqçisi Roberto Mançini isə 20:00-da mətbuat konfransına çıxacaq. İtalyanların məşqi isə 20:30-da start götürəcək. Xatıradaq ki, "Qarabağ" - "İnter" oyunu dekabrın 11-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31