“İtaliya futbol azarkeşlərinin "Qarabağ"a dəstək olacağına inanıram”

Sənan Şəfizadə: “...futbol bayramı fevrala qədər uzanacaq”

"Azərbaycan futbolu ən vacib tarixi gününə yaxınlaşır". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə futbol şərhçisi, teleaparıcı Sənan Şəfiyev belə bir fikirlə çıxış edib. "İllər öncə Avroliqada klublarımızın belə çıxışını ağlımıza gətirmirdik. Səfərdə qələbə qazan, 5 xal topla və hər şey İtaliyanın "İnter" klubuyla matçda həll olunsun. İtaliya futbolunun azarkeşlərinin də "Qarabağ"a dəstək olacağına inanıram. İstənilən halda bu payız gözəl futbol həyəcanı yaşadıq. "Qarabağ"-"İnter" görüşündə əsl azarkeşlərdən matçın sonuna qədər stadionda olmağı xahiş edirəm. Uduzsa da, udsa da "Qarabağ"a təşəkkür edək. Amma yenə də inanıram ki, futbol bayramı fevrala qədər uzanacaq" - deyə S.Şəfizadə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31