Ronaldo Raulu geridə qoydu

"Real"ın futbolçusu Kriştiano Ronaldo Raul Qonzalesi geridə qoyub. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ludoqorets"lə matçın 20-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla da ÇL-də vurduğu qolların sayını 72-ə yüksəldən Ronaldo R.Qonzalesi (71 qol) qabaqlayıb.

Qeyd edək ki, ÇL tarixində ən çox qol vuran futbolçu "Barselona"nın hücumçusu Lionel Messidir (74 qol).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31