"Real" "Barselona"nın rekordunu qırdı
10 Dekabr 2014 11:49 İdman"Real" Çempionlar Liqasında yeni rekorda imza atıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu dünən gecə "Ludoqorets"i 4:0 hesabı ilə məğlub edib. ÇL-də oynadığı son 19 matçda meydanı qalib tərk edən "Real" bu nəticə ilə sözügedən turnirdə ard-arda ən çox qələbə qazanan İspaniya klubu olub.
Qeyd edək ki, bundan əvvəlki rekord 18 oyunla "Barselona"ya məxsus idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31