Oyunun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 15-ci turun "Energetik" - "Kəpəz" oyunu 13 dekabr 2014-cü il tarixindən 12 dekabr 2014-cü il tarixinə keçirilib. PFL-in rəsmi saytının məlumatına görə, buna səbəb Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31