“Qarabağ” sonuncu dəfə KİV-ə müraciət etdi

"Qarabağ" Futbol Klubunun rəhbərliyi "Qarabağ" - "İnter" oyununa akkreditasiya ilə bağlı jurnalistlərə müraciət edib. Müraciətdə bildirilir ki, oyuna akkreditasiyaları 9 dekabr tarixində 9:30-dan 18:00-a qədər Tofiq Bəhramov adına Respublika stadionundan əldə etmək mümkündür. Qeyd edək ki, UEFA Avro Liqanın qrup mərhələsinin qarşılaşması dekabrın 11-də keçiriləcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31