“Qarabağ” – “İnter” oyununun hakimləri bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsində dekabrın 11-də keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib. Qarşılaşma çexiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Miroslav Zelinkadır. Ona Ondrej Pelikan və Jiri Molaçek köməklik edəcəklər. Antonin Kordula isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31