“Neftçi” və “Xəzər-Lənkəran” cərimə olundu
9 Dekabr 2014 15:40 İdmanAFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında yeni qərarlar qəbul olunub. PFL-in rəsmi saytının məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən "Neftçi" - "Qaradağ Lökbatan" matçının 68-ci dəqiqəsində "Neftçi" klubunun 18 №-li futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 2000 manat cərimə olunub. Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 58 və 82 - ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. Topaz Premyer Liqasının XV turunun "Qarabağ" - "Neftçi" matçında "Neftçi" klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. ("OLAYLAR" İA)