"Rəqibin topla oynamasına imkan vermədik"

Türkiyə Superliqasının 12-ci turunda "Trabzonspor"u qəbul edən "Beşiktaş" 3 cavabsız qolla qələbə qazanaraq zirvədəki yerinə geri döndü. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən İstanbul klubunun baş məşqçisi Slaven Biliç komandasının oyunundan razılığını ifadə edib. "Möhtəşəm bir atmosferdə oynadıq. İlk dəqiqələrdən etibarən rəqibə təzyiq etdik. "Trabzonspor"un topla oynamasına imkan vermədik. Komandam 90 dəqiqə oyuna nəzarəti əldən vermədi. Sona 15 dəqiqə qalmış düşündüm ki, üstünlük bizdədir, niyə 3-cü qol gəlmir? 2-0 bir az təhlükəli hesabdır. Çünki bəzən oyun 180 dərəcə dönə bilər. Bu gün "Trabzonspor"un günü deyildi, amma bunun səbəbi bizim yaxşı oynamağımız idi". Biliç 68-ci dəqiqədə başından zədə alaraq xəstəxanaya yerləşdirilən Mustafa Pektemekin durumu haqqında da fikirlərini bildirib. "Mustafa və Demba Ba əla oyun göstərdilər. Mustafa cəsur futbolçudur. Elə bu səbəbdən hava mübarizəsində başından zərbə aldı. Hazırda vəziyyəti yaxşı görünmür. Demba Ba haqqında məlumatımız yoxdur. Barmağında problem var. Ümid edirəm, ciddi bir şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31