Argentinalı bir ay oynamayacaq
8 Dekabr 2014 18:35 İdman"Mançester Siti"nin zədəli futbolçusu Serxio Aqueronun son durumu müəyyənləşib. Qol.az xəbər verir ki, argentinalı hücumçunun zədəsinin ciddi olmadığı bildirilib. Buna baxmayaraq, onun 1 ay yaşıl meydanlardan uzaqda qalacağı qeyd olunub. Xatırladaq ki, İngiltərə Premyer Liqasının 15-ci turunda "Everton"a qarşı matçda zədələnən S.Aqueronun 3-6 ay futbol oynamayacağı iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31