“Qarabağ” yenə “qara bazar”a qarşı mübarizə aparır

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "İnter" (Milan) matçının biletləri bu gündən satışa çıxarılıb. "Qol.Az"ın məlumatına görə, Ağdam təmsilçisi biletlərin "qara bazar"da satılmasının qarşısını almaq üçün artıq bir sıra tədbirlər görməyə başlayıb. Klubun meneceri Asif Əsgərov  deyib ki, bllet satışı yüksək səviyyədə həyata keçirilir: ""Qara bazar"da bilet satışının qarşını almaq üçün Respublika stadionunun kassalarına öz nümayəndələrimiz nəzarət edir. Biletlərin eyni şəxlərə çox satılmasının qarşısını almaq məqsədilə klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. Bundan əlavə polisə də müraciət etmişik. Bildirmişik ki, azarkeşlərin bileti üzərində yazılan qiymətlərlə almalarını təmin etsinlər". Xatırladaq ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi əvvəlki ev oyunlarında bilet satışında problemlər yaşanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31