İlk dəfə yüksək nəticə əldə olunub

Təhsil" Respublika İdman Mərkəzinin yığma komandası Belarusun paytaxtı Minsk şəhərində keçirilən akrobatika gimnastikası üzrə beynəlxalq "Bondarev Kuboku" turnirində ölkəmizi təmsil edib. İdman akrobatikası məktəbinin yaradıcılarından biri olan Leonid Livşiçin xatirəsinə həsr olunmuş turnirə Azərbaycanla yanaşı, Belarus, Moldova, Rusiya, Qazaxıstan, Belçika və Böyük Britaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən çox idmançı qatılıb. İdmançılarımız yarışda akrobatikanın 5 növündən 4-ü üzrə mübarizə aparıblar. Qadın cütlüyü üzrə gənclərin proqramında Emiliya Nəzərli və Raziyə Seyidli turnirin qalib olublar. Təhsil nazirliyinin məlumatına görə, "Təhsil" RİM-in fəaliyyətində akrobatika gimnastikası üzrə belə yüksək nəticə ilk dəfə əldə olunur.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31