Azərbaycan futbolunda yenilik
8 Dekabr 2014 16:26 İdmanAzərbaycan Peşəkar Futbol Liqasında (PFL) ilk dəfə hakimlərimiz standart vəziyyətlər vaxtı spreydən istifadə ediblər. Sprey ilk dəfə dekabrın 7-də keçirilən "Qarabağ" - "Neftçi" oyununda sınaqdan keçirilib. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir müddət öncə yerli mediaya açıqlamasında tezliklə spreylərdən istifadə olunacağını açıqlamışdı. Qeyd edək ki, artıq uzun müddətdir ki, beynəlxalq yarışlar və ölkə çempionatlarında keçirilən oyunlar zamanı istifadə olunan sprey Azərbaycan futbol üçün yenilik sayılır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31