Aleksandr Çertoqanov 250-ci oyununu keçirdi
8 Dekabr 2014 14:18 İdmanTopaz Premyer Liqasının XV turu Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub. PFL-in rəsmi saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb. Hazırda "Sumqayıt"ın şərəfini qoruyan milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner kimi də tarixə düşüb. Yubileyi "Simurq"la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31