Dünya Kubokunda 2-ci mərhələ başladı
5 Dekabr 2014 19:45 İdmanBu gün Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. Planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19:40-da start veriləcək. Y.Pavluxina, həmçinin sabah qrup ötüşməsində çıxış edəcək. Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya isə sabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.