Ruslan Abışov "Qəbələ"də qalacaqmı?

"Qəbələ" klubunda icarə əsasında çıxış edən milli komandamızın üzvü Ruslan Abışov gələn ilin yanvar ayında məxsus olduğu "Rubin" klubunun düşərgəsinə yollanacaq. Milli.Az xəbər verir ki, bu barədə qol.az-a "Qəbələ"nin baş meneceri Zaur Əzizov məlumat verib. "Biz Ruslanın qərarını gözləyirik. İşimizi də buna görə quracağıq. "Rubin"dən Ruslana bildiriblər ki, yanvar ayının 13-də komandanın düşərgəsində olsun". Klub rəsmisi "Qəbələ"nin təcrübəli müdafiəçi ilə yolları davam etdirmək istədiyini qeyd edib: "Biz Ruslanı komandada saxlamaq istəyirik. Bunun üçün həm "Rubin", həm də Ruslanın qərarı lazımdır".

Qeyd edək ki, bu ili iyun ayından"Qəbələ"də çıxış edən Ruslan Abışovun icarə müqaviləsi dekabrın 18-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31